AZ

Yardım olmasa, Ukraynada vəziyyət pis olacaq - Börns

Konqresin hərbi yardım haqqında qanun layihəsini təsdiqləməsi Ukraynaya bu ilin sonuna qədər döyüş meydanında dayanmasına və Kremlin planlarını pozmasına kömək edəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

“Həm praktik, həm də psixoloji cəhətdən hərbi dəstək sayəsində ukraynalılar 2024-cü il ərzində döyüş meydanında dayana və Putinin zamanın onun xeyrinə işləməsinə dair təkəbbürlü fikrini məhv edə bilərlər”, - o bildirib.

Börns qeyd edib ki, qanun layihəsi Konqresdən keçməsə, vəziyyət daha pis şəkil olacaq:

“İndi Ukraynaya dəstək Rusiya ilə müharibədən daha üstündür. Söhbət həm də Çindəki Szinpin və onun ambisiyaları, Hind-Sakit okean regionundakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan gedir. Bu, həqiqətən, rəqiblərimizin etibarlı olmağımızı və qətiyyətimizi başa düşüb-düşməməsi məsələsidir”.

Seçilən
59
3
Mənbələr
Şərh ()
Bağla