AZ

Toni Kroos "Real"dakı gələcəyi ilə bağlı sualı cavablandırdı

"Real Madrid"ın yarımmüdafiəçisi Toni Kroos komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

"Bu, mənim "Real Madrid"dəki son mövsümümdür? Hələ dəqiq bilmirəm", - almaniyalı futbolçu deyib.

Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Toni "Real"ın heyətində bütün turnirlərdə 38 oyun keçirib, bir qol vurub və yeddi məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun təxmini dəyərini 14 milyon avro kimi qiymətləndirir.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla