AZ

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.

 

Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İsrail yaxın bir-iki gün ərzində İrana cavab zərbəsi endirəcəyini ABŞ-yə əvvəlcədən xəbər verib.

 

“İsrail aprelin 18-də ABŞ-yə bu barədə məlumat verib. Ölkə yaxın 24-48 saat ərzində İrana zərbə endirmək niyyətinin olduğunu bildirib” — “Bloomberg” hökumət orqanlarındakı mənbələrə istinadən yazıb.

 

Agentliyin həmsöhbəti konkret məlumat verməyib. Bu gün səhər saatlarında İsfahan şəhərində partlayış baş verib. ABŞ mediası bildirib ki, İsrail İrana raket zərbələri endirib. Bundan sonra ölkənin bir neçə şəhərinin üzərində mülki aviasiyanın uçuşları dayandırılıb. İsrail əmin edib ki, onlar ölkədəki nüvə obyektlərini hədəf almayıblar.

 

Xatırladaq ki, İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hava zərbəsi endirib. Nəticədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 2 generalı həlak olub. Buna cavab olaraq aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə İsrailə hücum edib. Aprelin 14-ü isə İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

 

Günay

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla