AZ

Dövlət maliyyəsinin idarə edilməsində ümumi nöqsan məbləği açıqlandı

Bakı. Trend:

Audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsininidarəedilməsində ümumi nöqsan məbləği 1 milyard 971,9 mln. manatmüəyyən edilib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri VüqarGülməmmədov Milli Məclisdə Azərbaycan Respublikası HesablamaPalatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdimedərkən deyib.

O bildirib ki, ümumi nöqsan məbləğini bir neçə qrupdatəsnifləşdirmək olar.

“İlk qrup büdcə zərərdir. Hesablama Palatasının Kollegiyasıtərəfindən büdcəyə zərərin 103,2 mln. manat olduğu hesablanıb. Buməbləğ - artıq və əsassız xərclər, görülməmiş iş və xidmətlər,alınmamış mallar, hesablanmamış və ödənilməmiş vergilər, ilkintəsdiqedici xərc sənədlərinin saxtalaşdırılması, dövlətsatınalmalarındakı müxtəlif xarakterli qanunsuzluqlar və büdcəvəsaitlərinin düzgün idarə edilməməsindən ibarətdir.

Nəzarət tədbirləri ilə büdcəyə zərərdən əlavə, digər maliyyəpozuntuları da qeydə alınıb ki, bu pozuntuların məbləği 459,3 mln.manata bərabər olub. Bu məbləğə VBT-yə əməl olunmaması, satınalmaprosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının ortabazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinəqənaət olunmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi və s.pozuntular aid edilib.

Növbəti (3-cü) qrup maliyyə hesabatlarındakı təhriflərləbağlıdır ki, bu da 1252,5 mln. manat həcmindədir.
Sonuncu qrupa səmərəsiz xərcləri aid etmişik. Hazırda ölkəqanunvericiliyində bu anlayışa rast gəlinmir. Biz beynəlxalqtəcrübəyə istinad etməklə səmərəsiz xərcləri hesablamağaçalışmışıq. Başa çatdırılmış auditlərlə əhatə olunan qurumlartərəfindən ümumilikdə 156,8 mln. manat məbləğində səmərəsizxərclərə yol verildiyi müəyyən edilib. Bu, qurumun fəaliyyətininnəticəsi, iqtisadi qənaətliliyi və vəsaitlərin effektividarəedilməsi ilə bağlıdır”, - deyə o əlavə edib.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla