AZ

İsrailin Rusiyaya ixracı təxminən bir yarım dəfə azalıb

...İsrailin Rusiyaya ixracı təxminən bir yarım dəfə azalıb. Mərkəzi Bank bu barədə aprelin 18-də İsrailin 2024-cü ilin birinci rübündə beynəlxalq ticarətini yekunlaşdıraraq açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukraynaya əmtəə ixracı, əksinə, iki dəfə artıb.

...Digər məsələlərlə yanaşı, bu ilin yanvar-mart aylarında İsraildən Rusiyaya mal ixracının həcminin 187 milyon dollardan 130 milyon dollara qədər azaldığı bildirilir.

İdxalın həcmi də xeyli azalıb – 47 milyondan 37 milyona. Ukraynaya ixrac tədarükü 17 milyon dollardan 34 milyon dollara yüksəlib.

Rusların yazdığına görə, son vaxtlar Türkiyə ilə ticarət həcmi də xeyli azalıb.

Belə ki, İsrailin ölkəyə ixracı birinci rübdə keçən ilin birinci rübü ilə müqayisədə 12 faiz, Türkiyədən İsrailə idxal isə 18 faiz azalıb.

Aprelin əvvəlində Türkiyənin İsrailə ixracata tətbiq etdiyi məhdudiyyətlərdən sonra bu rəqəmlərin daha da azalacağını təxmin etmək çətin deyil.

Təqdim olunan məlumatlardan belə çıxır ki, Avropa Amerika ölkələrindən daha çox İsrailin əhəmiyyətli ticarət tərəfdaşıdır. ...Qeyd edilməlidir ki, birinci rübdə İsrail mallarının ixracının 38 faizi Avropa ölkələrinin payına düşüb, Amerika qitəsinin 30 faizi...

İdxalla bağlı məlumatlar daha əhəmiyyətlidir: 47 faiz Avropadan, yalnız 13 faiz Amerika ölkələrindən...

Nazlı

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla