“Tottenhem” yayda Serj Qnabrini heyətinə qatmağa çalışacaq.
İdmanxeber.az məlumat verir ki, “Bavariya” 28 yaşlı oyunçunu satmağa hazırdır. Tərəflər arasında danışıqlar qısa zamanda başlayacaq.
Qnabri 2018-ci ildən “Bavariya”da çıxış edir. Almaniyalı vinger bu mövsüm zədələrə görə bir çox oyunda iştirak edə bilməyib. O, cəmi 17 oyuna çıxıb və 5 qol vurub.