AZ

Hindistanda dünyanın ən uzunmüddətli seçkiləri başlayır


Hindistanda bir ay yarım davam edəcək dünyanın ən böyük parlament seçkiləri başlayır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, parlamentin aşağı palatası Lok Sabhada (Xalq Palatası) partiyalar 543 yer uğrunda mübarizə aparacaq.
Hakim partiya olmaq üçün bir partiyaya və ya koalisiyaya ən azı 272 yer lazım olacaq.
Ölkə 19 aprel, 26 aprel, 7 may, 13 may, 20 may, 25 may və 1 iyun tarixləri daxil olmaqla 28 ştatdakı və səkkiz ittifaq ərazisindəki müxtəlif seçki dairələrində səsvermənin yeddi mərhələsindən keçəcək. Nəticələr yalnız iyunun 4-də məlum olacaq. Beləliklə, hindistanlılar dünya əhalisinin altıda birinin (1,4 milyard insanın) yaşadığı ölkəyə qarşıdakı beş il ərzində kimin rəhbərlik edəcəyinə qərar verəcək.
Qeyd edək ki, Hindistandakı bu səsvermə dünyada ən uzunmüddətli səsvermə prosesidir. Hindistandakı seçicilərin sayı da dünyada ən böyük saydır. Belə ki, Hindistanda 18 yaşına çatmış bütün vətəndaşlar səsvermə hüququna malikdir. Hindistan Seçki Komissiyasının məlumatına görə, 968 milyon insan səsvermə hüququna malikdir. Onlardan 497 milyonu kişi, 471 milyonu isə qadındır.
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla