AZ

İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatının gəlirləri 2050-ci ilədək 19 faiz azala bilər

Bakı. Trend:

İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatının gəlirləri2050-ci ilədək 19 faiz azala bilər.

Trend bubarədə Potsdam İqlim Təsirlərini Araşdırma İnstitutuna istinadənxəbər verir.

"Dünyada mövcud olan iqlim dəyişiklikləri səbəbindən artıq2050-cı ilədək dünya iqtisadiyyatında gəlirlər 19 faiz azalacaq.Hər il gəlirlər 20-30 trilyon ABŞ dollarından çox azala bilər", -deyə institutun beynəlxalq nüfuzlu "Nature" jurnalında dərc olunanyeni tədqiqatında deyilir.

Tədqiqat müəlliflərinin fikrincə, dünyanın 1600-dən çoxregionundan əldə edilən empirik məlumatlara əsasən, bu cürproqnozlaşdırılan iqtisadi zərər qlobal istiləşməni 2 dərəcəazaltmaq məqsədilə lazım olan iqlim dəyişikliklərinin nəticələrininazaldılması üçün xərclərdən 6 dəfə çoxdur.

"Dünyanın əksər regionlarında, o cümlədən, Şimali Amerika vəAvropada gəlirlərin kəskin azalacağı proqnozlaşdırılır. Dünyaiqtisadiyyatının gəlirlərinin azalması iqlim dəyişikliklərininiqtisadi artımla əlaqəli müxtəlif aspektlərə, o cümlədən, kəndtəsərrüfatında məhsuldarlıq, əmək məhsuldarlığı və yainfrastrukturun fəaliyyətinə təsiri ilə əlaqədardır", - tədqiqatınmüəlliflərindən biri olan Maksimilian Kots belə hesab edir.

O, qlobal iqtisadiyyatın inkişafı üçün iqtisadi zərərləriminimallaşdırmaq məqsədilə dünya ölkələrini atmosferə istixanaqazları tullantılarının azaldılması üzrə təcili tədbirlər görməyəçağırıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla