AZ

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

İsveçli

Bakı, 19 aprel, AZƏRTAC

"Neftçi" kimi böyük klublarda hər zaman idarə etmədə olan şəxslər çox olmalıdır".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Yens Andersson özü üçün təşkil olunan mətbuat konfransında deyib. İsveçli funksioner idman departamentində bütün məsuliyyəti özünün daşıdığını bildirib: "Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm".

52 yaşlı mütəxəssis gəlişindən sonra transfer edilən Alfa Konte və Brayan Moreno barədə də fikirlərini bölüşüb: "Hər iki oyunçu gəncdir. Ölkəyə uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır. Skaut komandasını düşündürən əsas məqam heyətə cəlb etdikləri oyunçunun kollektivə və ölkə futboluna adaptasiya olma prosesidir. Yay transfer dönəmində burada olmasam da, mənə bu barədə məlumat veriblər. Adətən baş məşqçinin bəyəndiyi oyunçuları kluba gətirmək lazımdır. Əks halda işlər dügzün getməyə bilər".

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla