AZ

"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi

İki gnü öncə “Real” “Mançester Siti”ni məğlub edərək (oyun vaxtı 3:3, 1:1, penaltilərdə 4:3) UEFA Çempionlar Liqasının yarımfinalına yüksəldi.

Matç zamanı Madrid klubunun qapıçısı Andrey Lunin 8 seyv etdi. "Siti"nin qol gözləntisi 2,73 olsa da, lakin ukraynalı qolkiper yalnız bir dəfə, Antonio Rudigerin səhvindən sonra qapısında top gördü.

Penaltilər seriyasında ilk qolu vura bilməyən Luka Modriç oldu. Bundan sonra "Real"ın futbolçuları bütün zərbələri qola çevirdilər.
“Mançester Siti”də isə Bernardo Silva və Mateo Lunin səddini keçə bilmədilər. Beləcə, Andrey sözün əsl mənasında komandasının xilaskarı oldu.

Bu uğurdan sonra Lunini evdə həyat yoldaşı Anastasiya Tomazova gözləyirdi. Anastasiya 1995-ci ilin iyunun 7-də Dnepropetrovskda anadan olub. O, futbolçudan dörd yaş böyükdür. Cütlük 2017-ci ildə, Andrey "Dnepr"də oynadığı zaman sosial şəbəkə vasitəsi ilə tanış olub. 2018-ci ildə sevgililər Luninin "Real"a transferindən sonra İspaniyaya köçüblər. Onlar 2021-ci ildə elə Madriddə evləniblər. 2022-ci ilin mayın 13-də cütlüyün oğul övladı dünyaya gəlib.

Anastasiya sosial şəbəkələrdə aktiv həyat sürür. Xüsusən hamiləlikdən sonra formasını necə itirmədiyini izləyiciləri ilə paylaşır. O, ixtisasca memardır.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla