AZ

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

“Ağ-qaralar”ın

Bakı, 19 aprel, AZƏRTAC

Azarkeşi çox olan komandalarda işləməyi sevirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Yens Andersson özü üçün təşkil olunan mətbuat konfransında deyib.

O, Azərbaycana gəldiyi ilk vaxtlar "Neftçi" azarkeşlərinin böyük dəstəyindən təəccübləndiyini bildirib: “Klubu sevən azarkeş nəticədən asılı olmayaraq hər zaman stadionda olmalıdır. Düşünürəm ki, boykot etmək düzgün deyil. "Neftçi" böyük kollektivdir. Bu komandaya dəstək hər zaman lazımdır. Ümid edirəm ki, qarşıdakı matçlarda fanatlarımız yanımızda olacaqlar".

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla