AZ

Naqelsmann daha 2 il Almaniya millisində

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannın durumuna aydınlıq gəlib.

Msport.az xəbər verir ki, 36 yaşlı mütəxəssis yığmadakı fəaliyyətini davam etdirəcək.

O, bu ilin yayına qədər olan müqavilə müddətini daha 2 il uzatdığını açıqlayıb. Naqelsmannın 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər postunda qalacağı rəsmiləşib.

Qeyd edək ki, Yulian Naqelsmann ötən ilin sentyabrından Almaniya yığmasını çalışdırır.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla