AZ

Ermənistan Qərbin dəstəyini daha da artırmaq istəyir – Millət vəkili

“Proseslərin təhlili göstərir ki, Ermənistan bir tərəfə sülhə hazırlaşdığını nümayiş etdirməyə çalışır”.

Bu fikirləri Herbiand.az-a millət vəkili Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, Paşinyan bir neçə dəfə Tavuş bölgəsinə səfər edərək bu kəndlərin qaytarılmasının önəmini vurğulayıb. Əhali ilə bu istiqamətdə müzakirələr aparır.

Millət vəkili hesab edir ki, bu gün Ermənistan iki istiqamətdə iş aparır:

“Birincisi, yenidən münaqişənin alovlanmaması üçün real addımlar atır. Yəni bu addımların nəticəsi də ondan ibarətdir ki, Azərbaycanla yenidən münaqişə baş verməsin. Digər tərəfdən isə Paşinyan bölgədə müəyyən gərginlik yaradaraq Qərbin dəstəyini özünə daha da artırmaq istəyir. Belə bir görüntü yaratmağa çalışır ki, guya Ermənistan davamlı oaraq Azərbaycanın təzyiqləri ilə üz-üzədir. Və bu gün Ermənistan qorunmaq üçün müəyyən bir addımlar atmalıdır, özünü sığortalamalıdır. Yəni burda bir tərəfdən yekun sülh müqaviləsinin imzalanmasına doğru addım, digər tərəfdən isə Qərbin dəstəyinin daha da çox artırılması üçün səyləri görürük”.

Elnurə İSAXAN

Seçilən
24
3
Mənbələr
Şərh ()
Bağla