AZ

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdən sonra Qarabağı tərk edən, hazırda Ermənistanda fəaliyyət göstərən separatçıları Qarabağa qayıdaraq təxribat göstərməyə cəhd edə bilər?

Mövzu ilə bağlı hərbi məsələlər üzrə ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib:

"Mən düşünürəm ki, bu məsələ kökündən həll olunub. Əslində Rusiya sülhməramlıları və monitorinq mərkəzi məhz bu səbəbdən bağlandı. 5 aprel görüşündə açıq şəkildə Amerika və Avropa İttifaqı Qarabağdan gedənlər ilə bağlı maliyyə yardımı və onları həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dəstək verəcəklərini bildirdilər. Ümumiyyətlə onların geri qayıtması ilə bağlı bir cümlə istifadə olunmadı. Bu o deməkdir ki, Rusiya, Ermənistan və Azərbaycan tərəfi gördü ki, belə halın baş verməsi mümkün deyil. Bundan sonra istər separatçılar, istərsə də Qarabağın erməni sakinlərinin qayıtması halı olmayacaq. Əgər bu hal baş verərsə, region yenidən alovlanacaq. Bundan sonra Azərbaycan tərəfinin əli güclənir. Bunun əsas səbəbi o oldu ki, Azərbaycan çox güclü siyasət apardı. Xüsusilə Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra, sözügedən separatçıların təxribatların olması mümkün deyil. Onların belə bir risk etməsi sürpriz olardı".

Qeyd edək ki, 2020-ci ilin sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfər Ermənistan hakimiyyətinin kapitulyasiya aktı imzalaması ilə nəticələnib.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla