AZ

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bakı. Trend:

Rusiya 2024-cü ilin yanvar-mart aylarında 4,27 milyon kubmetrtaxta-şalban ixrac edib ki, bu da keçənilki göstəricidən 3,5 faizazdır. Azərbaycan Rusiyadan taxta-şalban idxal edən ölkələrin ilkonluğuna daxildir.

Trend “Roslesxoz” tabeliyində olan “Roslesinforq” federal meşəuçotu qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyəilk dəfə olaraq tədarükünü 3,2 dəfə artıraraq, Rusiyataxta-şalbanının əsas idxalçı ölkələrinin üçlüyünə daxil olub.

Eyni zamanda, başlıca ənənəvi istiqamətlərə - Çin və Özbəkistanaixracın həcmi azalıb ki, bu da ticarət axınlarının yenidənbölüşdürülməsindən xəbər verir. “Roslesinforq” qeyd edir ki, ağactədarükü həcminin azalması üzrə qlobal tendensiya da bu məsələdərol oynayıb.

Rusiyadan taxta-şalban alıcıları reytinqində üçüncü yerəyüksələn Türkiyə ikinci il dalbadal tədarük indeksində böyük artımnümayiş etdirib: 2024-cü ilin yanvar-mart aylarında bu ölkəyə 292,2min kubmetr material daşınıb ki, bu da tədarükün 5 dəfə artdığı2023-cü ilin birinci rübü ilə müqayisədə 3,2 dəfə çoxdur. Rusiyadepartamentinin bəyanatında deyilir:

“Ötən ilin fevral zəlzələlərindən sonra və irimiqyaslıinfrastruktur layihələrinin icrası fonunda Türkiyəyə tədarük artır.Rusiyadan Türkiyəyə taxta-.alban yüklərinin çatdırılmasınısürətləndirmək üçün indi yeni logistik marşrutlar hazırlanır”.

İdxalçılar arasında dördüncü yerdə olan İrana tədarük 1,7 dəfəartıb. Honkonq Rusiyadan taxta-şalban idxal edən ilk beş bazarınsonunda gəlir.

Rusiyanın taxta-şalban idxalçılarının ilk onluğuna Azərbaycan,Qazaxıstan, Tacikistan, Yaponiya və Qırğızıstan da daxildir.Yaponiya istisna olmaqla, qalanların hamısı idxal həcmini azaldıb.Yaponiyaya tədarükün həcmi 4,2 faiz artıb.

Hesabat dövründə, həmçinin BƏƏ, Livan, Sinqapur, Əfqanıstan,İordaniya, Tayvan, Hindistan, Gürcüstan, Belarus, Serbiya və sairəölkələrə Rusiyanın taxta-şalban ixracının həcmi çoxalıb.

Seçilən
27
3
Mənbələr
Şərh ()
Bağla