AZ

Bakı Fransız Liseyi bağlanır


Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə liseydə təhsil alan şagirdlərin valideynləri məlumat yayıblar.
Bildirilir ki, təhsil müəssisəsinin bağlanmasına dair onlara məktub ünvanlanıb.
Məktəb Administrasiyasından APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, liseyin fəaliyyətini dayandırmasının səbəbi kommersiya problemləridir.
Liseyin rəsmi saytında dərc olunan məlumatda bildirilir ki, Bakı Fransız Liseyi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların həmçinin Azərbaycan vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.
Qeyd olunur ki, 2011-ci ilin mart ayında Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanıb, oktyabr ayında isə Azərbaycan və Fransa Prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilib.
“2014-cü il sentyabrın 12-də açılışı olan lisey Bakının “Ağ şəhər” adlanan ərazisində yerləşir. 400 şagirdlik tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərir”, - məlumatda deyilir.
Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla