AZ

Bir qrup hakim Polis Akademiyasının kursant və müəllim heyəti ilə görüşüb - FOTO

Aprelin 18-də Azərbaycan Hakimlər İttifaqının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının birgə təşəbbüsü ilə bir qrup hakimin kursantlar və müəllim heyəti ilə görüşü keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov, Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü, Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Tahir Kazımov, Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abiddin Hüseynov, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimi Zaur Hüseynov, Binəqədi Rayon Məhkəməsinin sədri vəsifəsini icra edən Abbas Rzayev, Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirov, Polis Akademiyasının zabit-müəllim heyyəti və kursantları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general mayoru Canpolad Daanov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, akademiya Respublikanın ilk peşəkar polis kadrlarını hazırlayan mərkəz kimi yaradılıb, inkişaf edərək akademiya səviyyəsinədək yüksəlib. Akademiya müstəqil Azərbaycan Respublikası üçün yüksək peşə hazırlığına malik sağlam və möhkəm əqidəli, milli dövlətçiliyimizə sadiq polis zabitləri yetişdirməklə öz fəaliyyətini davam etdirir

Polis Akademiyası digər dövlət qurumları ilə yanaşı məhkəmə orqanları, Hakimlər İttifaqı ilə də sıx əməkdaşlıq edir. Kursantların hakimlərlə görüşlərinin keçirilməsi, maraqlı mühazirələr edilməsi gələcək polis zabitlərinin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Tədbirdə iştirak edən hakimlər və Hakimlər İttifaqının üzvləri "Həbs qətimkan tədbirinin tətbiqinə dair ibtidai istintaq orqanlarının vəsatətlərinə baxılması", "İstintaq hərəkətlərinin məcburi aparılması ilə bağlı məsələlər üzrə məhkəmə nəzarəti", "Məhkəmə tərəfindən istintaq orqanlarının yol verdiyi kobud pozuntularla bağlı cinayət işlərinin ibtidai istintaqa qaytarılması", "Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri" və "Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair işlərin apellyasiya icraatı" mövzularında ətraflı çıxışlar edilmiş və kursantların çoxsaylı suallarını cavablandırıblar.

Akademiyanın müəllimləri və kursantlar bu cür tədbirlərin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına mühüm töhvə olduğunu, belə görüşlərinn vaxtaşırı keçirilməsini bildiriblər.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla