AZ

"Ukraynanın sağ qalması bizim üçün yox, Avropa üçün vacibdir" - TRAMP

“Ukraynanın sağ qalması və gücü bizim üçün deyil, Avropa üçün vacibdir”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Tramp Truth sosial şəbəkəsindəki paylaşımında bildirib.

Tramp yazıb ki, Avropa Rusiyanın işğalı altında olan ölkəyə ABŞ-dan daha güclü dəstək verməlidir: “Biz hamımız bununla razılaşırıq ki, Ukraynanın sağ qalması və gücü bizim üçün deyil, Avropa üçün vacibdir. Lakin bizim üçün də vacibdir”, – Tramp yazıb.

“Necə olur ki, bizi okean ayırsa da ABŞ Ukraynadakı müharibəyə Avropadan 100 milyard dollar daha çox xərcləyir? Niyə Avropa ABŞ -ın bu yardımına bərabər miqdarda pul ayıra  bilmir?” – Tramp sual edib.

ABŞ prezidenti postuna namizəd olan Tramp qeyd edib ki, əgər prezident olarsa Rusiya ilə Ukrayna arasında münaqişənin qarşısını ala bilər.

Tramp noyabrda Respublikaçılar Partiyasından namizəd kimi dövlət başçısı postuna yenidən mübarizə aparmaq niyyətindədir.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla