AZ

"Toyota Land Cruiser 250"nin qiyməti açıqlandı

Yaponiyada "Toyota Land Cruiser 250" yolsuzluq avtomobilinin satışına başlanılıb. 

Valyuta.az xəbər verir ki, modelin qiymətləri 5,2 milyon yendən (təxminən 57,2 min AZN) başlayır.

Bucaqlı kuzov forması ilə avtomobil yeni "Ford Bronco" və "Land Rover Defender"i xatırladır. Yolsuzluq avtomobili TNGA-F arxitekturası əsasında hazırlanıb. Onun uzunluğu 4930 mm, təkər bazası isə 2850 mm-dir. O, beş və yeddi yerlik versiyalarda mövcuddur.

Mühərrik çeşidi 204 at gücünə malik 2,8 litrlik turbodizeldən və 163 at gücünə malik 2,7 litrlik atmosferik benzin mühərrikindən ibarətdir. Birincisi səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilib, ikincisi mexaniki dəyişdirmə ilə altı pilləli avtomatik transmissiyaya malikdir (Super ECT). 

Paşa Məmmədli
 

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla