AZ

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

Bakı. Trend:

“Netflix” kompaniyasının gəlirləri bu ilin ilk üç ayında şifrəmübadiləsinə qarşı mübarizə sayəsində artıb. Axın nəhəngi birincirübdə 9,3 milyon müştəri əlavə etdiyini və ümumi abunəçi sayını 270milyona çatdırdığını bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, şirkət birincirübdə gəlirinin 2,3 milyard dollardan çox artdığını qeyd edib.

Belə ki, gəlirlər illik ifadədə təxminən 15 faiz artaraq 9,37milyard dollara çatıb.

“Netflix” sonuncu dəfə 2022-ci ildə məşhur "standart" planınınqiymətini qaldırıb. Bundan sonra abunəçilərin sayında azalma başverib. Çox keçmədən şirkət şifrə mübadiləsini dayandıraraq dahaucuz, lakin reklam xidməti göstərən yeni planı işə salıb.

O, həmçinin, idman və video oyunları kimi sahələrə də təkanverərək, rəqib media qurumlarının materiallarınılisenziyalaşdırmağa davam edib.

“Netflix” səhmləri ilin əvvəlindən bəri 30 faizdən çoxbahalaşaraq 2021-ci ildəki zirvəsinə yaxınlaşıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
68
4
Mənbələr
Şərh ()
Bağla