AZ

“Beşiktaş” rəsmisi: “Qurban Qurbanov namizədlərdən biridir”

“Beşiktaş” klubunun Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür Qurban Qurbanovun komandanın başına keçəcəyi iddialarına aydınlıq gətirib.

İdmanxeber.az-ın məlumatına görə, “ARB 24” kanalına açıqlama verən klub rəsmisi bununla bağlı xəbərləri təsdiq edib:

“Bu gün üçün qətiləşmiş bir durum yoxdur. Axtarışlarımız davam edir. Sərgən Yalçın kimi ismi ön plana çıxan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar”.

Seçilən
187
50
Mənbələr
Şərh ()
Bağla