AZ

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb. 


Sfera.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

 

Sözügedən Frank Çester "Worcestershire" əyalətindəki qocalar evində yaşayır. Aprelin 10-da o, 107 yaşını məhz burada qeyd edib. Müəssisə menecerinin sözlərinə görə, təqaüdçü zəngin həyat tərzi keçirib.

 

Qoca imanı uzunömürlülüyün açarı hesab edir: 

 

“Rəbb həmişə mənə çox yaxşılıq edib. Hər səhər dualar oxuyuram və mənə bir gün daha bəxş etdiyi üçün ona təşəkkür edirəm”.

 

Çester İkinci Dünya müharibəsi veteranıdır. O, Kral Hərbi Dəniz Qüvvələrində zabit olub və sonradan birinci leytenant rütbəsinə qədər yüksəlib. Müharibədən sonra Çester həyat yoldaşı Lili ilə Uolsollda yaşamağa başlayıb və onun dediyinə görə, Lili "onun başına gələn ən yaxşı şey" olub.

 

İnci

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla