AZ

Putin Çeçen parlamentinin rəhbərinə general rütbəsi verdi


Rusiya Prezidenti Vladimir Putin Çeçenistan parlamentinin sədri Maqomed Daudova general-mayor hərbi rütbəsinin verilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat yayıb.
“Bu, onun regionun təhlükəsizliyinin təmin edilməsi və bütün ölkənin maraqlarının müdafiə olunması sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinin tanınmasıdır”, - Kadırov bildirib.
Çeçenistan rəhbəri xatırladıb ki, Daudov Çeçenistan ərazisində terrorçulara qarşı mübarizədə iştirak edib, dəstə üzvlərinin məhv edilməsinə töhfə verib.
Hazırda o, təkcə Çeçenistan parlamentinə rəhbərlik etmir, həm də respublikanın hərbi əməliyyatların aparılması üzrə operativ qərargahına nəzarət edir.
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla