AZ

"İranı məsuliyyətə cəlb edəcəyik"

Dünyanın 7 ən böyük iqtisadiyyatına malik ölkələrin xarici işlər nazirləri bu gün İtaliyanın Kapri adasında son iclas üçün bir araya gəlib.

News24.az xəbər verir ki, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın nazirlərindən ibarət qrup İranı Yaxın Şərqdəki “pis niyyətli və sabitliyi pozan hərəkətlərinə” görə məsuliyyətə cəlb edəcəklərini bildirib.

İsrailli girovların dərhal azad edilməsinə və İran və İsraili gərginliyin daha da artmasına yol verməməyə çağırıblar.

G7 xarici işlər nazirləri İsrailin Rəfahdakı genişmiqyaslı hərbi əməliyyatına qarşı olduqlarını bildirərək, bunun mülki əhali üçün “fəlakətli nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq ediblər.

"Qəzzada dağıdıcı və böyüyən humanitar böhranı yumşaltmaq üçün daha çox iş görülməlidir", - nazirlər əlavə edib.

Günel Məlikzadə



Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla