AZ

Vardanyan aclıq aksiyasına başladı

2023-cü il sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Qarabağda həbs olunan Ruben Vardanyanın ailəsi onun aclıq aksiyasına başladığını açıqlayıb.

Herbiand.az sputnikarmenia-ya istinadən bildirir ki, Vardanyanın ailəsinin ofisinin bəyanatında deyilir ki, tələb onun və Bakıda qanunsuz saxlanılan digər erməni məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsidir.

Aclıq aksiyası 2024-cü il aprelin 5-də Vardanyan və vəkilinin məhkəmənin vaxtında, ədalətli və şəffaf keçirilməsi ilə bağlı dəfələrlə müraciətlərindən sonra başlayıb.

“Aclıq aksiyasının başlaması ilə Vardanyanla ailəsi arasında telefon danışıqlarının dayandırılması şübhə doğurur. Bu da bütün beynəlxalq normalara zidd olaraq yanvar ayına təyin edilmiş məhkəmə iclasının əsassız olaraq may ayına təxirə salınmasıdır”, - məlumatda bildirilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla