AZ

“Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” - Suraxanıda tədbir

Aprelin 18-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” adlı tədbir keçirilib. 

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, rayonun din xadimləri, təhsil müəssisələrinin psixoloqları, müəllimləri iştirak ediblər.

Müasir dövrdə xüsusi aktuallıq kəsb edən məsələlərdən biri olan milli-mənəvi dəyərlərlə bağlı müzakirələr aparılıb, eləcə də milli dəyərlərimizin qarantına çevrilən dövlətimiz tərəfindən bu dəyərlərin təbliğinə, gənclərimizin milli ruhda tərbiyə olunması, onların öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.


Telegram kanalımız
Seçilən
66
Mənbələr
Şərh ()
Bağla