AZ

Rusiyadan mühacir axını dayanmalıdır - Finlandiya etiraz etdi

Avropa İttifaqı Rusiyadan gələn mühacir axınına görə Finlandiyaya kömək etməlidir.


Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo bildirib.

O, keçən il Suriya və Somali kimi ölkələrdən gələn miqrantların artması səbəbindən Finlandiyanın Rusiya ilə sərhədi bağladığını, Moskvanı immiqrasiyadan silah kimi istifadə etdiyini vurğulayıb.

P.Orpo deyib ki, Finlandıya bu məsələni tənzimləmək üçün qanunlar hazırlayır, lakin Avropa İttifaqı da tədbir görməlidir:

"Avropa İttifaqı Komissiyası miqrantların olduğu ölkələrlə sıx əməkdaşlıq edir və Finlandiyanın mövqeyini dəstəkləyir. Görünür, bir dövlət yoxsul insanlardan başqa bir dövlətə qarşı təzyiq aləti kimi istifadə edir".

Onun sözlərinə görə, Rusiyadan gələn mühacirlərlə bağlı görüləcək tədbirlər sərhədlərin təhlükəsizliyinin qorunması ilə beynəlxalq öhdəliklər arasında balansı təmin etməlidir.

Vasif
BakuPost
Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla