AZ

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər?".

BAKU.WS xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.

O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinci sinifləri qəbul edəndə müsahibə tətbiq edirlər:

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər? Vaxtilə Çar Aleksandr manifest qəbul elədi camaatı evindən dartıb məktəbə gətirirdilər. İndi istəyirlər ki, uşaq məktəbə gəlməsin, evində otursun, kimsə müsabiqə götürsün. Əgər məktəbəqədər təhsil müəsisələrinin sayı Bakıda 25%-dir, rayonlarda isə bu say 10-15%-dir. Bu uşaq harada təhsil almalıdır? Hindistanda İndira Qandinin vaxtına qədər belə bir qayda müəyyən etmişdilər ki, ancaq varlı uşaqları oxuyurdu. Sonradan bir az dəyişdirildi".

Daha ətraflı sujetdə:

Seçilən
89
1
Mənbələr
Şərh ()
Bağla