AZ

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Türkiyə

Ankara, 19 aprel, AZƏRTAC

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

AZƏRTAC Ankaradakı diplomatik mənbələrə istinadla xəbər verir ki, İran tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı XİN başçıları regiondakı son vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, bu gün Türkiyənin Xarici İşlər Nazirliyi Yaxın Şərqdə artan gərginliklə bağlı növbəti bəyanatla çıxış edib. Regiondakı hadisələrin uzun müddətli böhrana çevrilməsi riskinə diqqət çəkən nazirlik bütün tərəfləri “böyük münaqişədən” çəkinməyə çağırıb.

Ramin Abdullayev

AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla