AZ

Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət etdi

Bakı. Trend:

Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların birləşdirilmiş(konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlətzəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi iləbağlı layihələrdə iştirak edən, həmçinin subsidiya, subvensiya,qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlıbüdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqişəxslərə müraciət edib.

Trend-in məlumatına görə,müraciətdə deyilir:

“Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcununxərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədənsubsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinəyetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarıvə publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” Qanunun müvafiqolaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyəhesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyəhesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdimetməlidir.

Sözügüdən qanuna əsasən ictimai əhəmiyyətli qurumlardan,birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarınıhazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd olunankommersiya təşkilatlarından və müvafiq icra hakimiyyəti orqanıtərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyəhesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyəhesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqişəxslərdən internet səhifəsi olduqda, illik maliyyə hesabatlarınınvə birləşdirilmiş maliyyə hesabatlarının, qanunla müəyyən edilmişhallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internetsəhifəsində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur.

Sözügedən Qanunun 12-1.5-ci maddəsinə əsasən publik hüquqişəxslər və adıçəkilən Qanunun tələblərinin yerinə yetirilməsi üçünAzərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu iltarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kommersiyatəşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş(konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərcedilməsi Qaydaları"nın 3.1-ci maddəsinə uyğun olaraq kommersiyatəşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyəhesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmişmaliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gecolmayaraq təqdim etməlidirlər”.

Bundan başqa, kommersiya təşkilatının illik maliyyəhesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının təqdimedilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilatvə ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncutəqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinəverilməlidir.

İnzibati Xətalar Məcəlləsinin əsasən mühasibat uçotu subyektitərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş maliyyəhesabatlarının təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunlamüəyyən edilmiş qaydaların pozulmasına görə inzibati məsuliyyətmüəyyən edilib.

Məqalədə:
Seçilən
42
20
Mənbələr
Şərh ()
Bağla