AZ

LDU- da maarifləndici təlim keçirilib

 Lənkəran Dövlət Universitetində (LDU) "Beynəlxalq indekslər, elmi məqalələrin yazılması və Beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki ,təlimdə LDU- nun professor- müəllim heyəti, doktorantlar, dissertantlar, magistr və tələbələr iştirak ediblər.

 

Təlimçi Bakı Dövlət Universitetinin dos. Pərviz Kazimi İştirakçılara elmi məqalələrin strukturunun formalaşdırılması, beynəlxalq indekslər haqqında, beynəlxalq jurnallarda Q1, Q2, Q3 nəşrlərlə bağlı elmi jurnalların araşdırılması və seçilmə qaydaları, saxta nəşrlərin aşkarlanması və s. barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

Sonda LDU- nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev dos. Pərviz Kazımiyə maraqlı təlimə görə universitet rəhbərliyi və iştirakçılar adından minnətdarlıq bildirib.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla