AZ

LDU həmkarlar İttifaqı Komitəsinin hesabat- seçki yığıncağı keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) həmkarlar İttifaqı Komitəsinin ( hİK) hesabat- seçki yığıncağı keçirilib.

 

AzEdu.az xəbər verir ki, yığıncaq iştirakçıları ilk öncə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.

 

Hesabat- seçki yığıncağını Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açıb və gündəlikdə duran məsələlər barədə iştirakçıları məlumatlandırıb. İclasın gündəliyinə uyğun olaraq əvvəlcə LDU- nun hİK- nın sədri Vaqif Quliyevin" 2018/ 2024- cü illər üzrə LDU həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti haqqında" hesabatı dinlənilib. Hesabat məruzəsində HİK- nın universitetdə gördüyü işlərdən, tələbələrin sosial və akademik həyatında oynadığı əhəmiyyətli roldan danışılıb.

 

Bildirilib ki, universitet daxilində fəaliyyət göstərən hİK yarandığı gündən əməkdaşların və tələbələrin əmək şəraitinin yaxşılaşdırılmasında, maddi və mədəni səviyyəsinin yüksəldilməsində önəmli rol oynayıb, onların hər birinin əməklə bağlı sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər görüb.

 

Təftiş komissiyasının hesabatını komissiyanın sədri Şəbinə Niftullayeva təqdim edib. HİK sədrinin və Təftiş komissiyasının hesabatları ətrafında LDU- nun sosial məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov, Qarabağ müharibəsi veteranı, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dos. Qədim Rufullayev, şəhid atası, Xarici dillər və tərcümə kafedrasının baş müəllimi Rəfael heydərov, Qarabağ müharibəsi iştirakçısı, tyutor Əli Zamanzadə, tələbə Mujgan Babazadə çıxış ediblər. LDU HİK- in hesabat müddəti ərzindəki fəaliyyəti məqbul hesab edilib. Sonra komitənin yeni tərkibinin seçilməsi məsələsinə baxılıb. Səsvermə yolu keçirilən seçkidə HİK- in, Təftiş Komisiyasının yeni tərkibi təsdiq olunub. Vaqif Quliyev LDU hİK- in sədri seçilib. Yığıncaqda LDU- nun və universitetin nəzdindəki Sosial və Aqrar- Texnoloji Kollecin akademik- inzibati heyəti, tələbə və magistrantları iştirak ediblər.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla