“Məclis.info” saytının rəhbəri İmran Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Xətai Rayon Məhkəməsində təqdimat təmin olunub.
Qərara əsasən İmran Əliyevin barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçşlıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.