AZ

Adına şirkət açıldı, 105 min manat vergi borcu gəldiVİDEO

Ağdaş sakini Müşviq Cəbrayılzadə iddia edir ki, onu aldadıb əvvəlcə adına VÖEN hesabı açıblar, sonra isə həmin şəxsi 3 şirkətin qanuni nümayəndəsi təyin ediblər.

Xezerxeber.az xəbər verir ki, açılan şirkətlərdə işlə təmin olunacağı vədi verilsə də, sonda məlum olub ki, o, nəinki işlə təmin olunub, əksinə, fəaliyyət göstərən şirkətlərdən onun adına ümumilikdə küllli miqdar vergi borcu yazılıb.

Bundan sonra isə Müşviq Cəbrayılzadəyə verilən məvacibin arası kəsilir:

Fırıldaqçıların qurbanına çevrilmiş digər bir şəxs isə Mircəfər  Mirqədirovdur. O, da iddia edir ki, eyni üsulla aldadılıb və hazırda 44.490 manat vergi borcu var:

Vətandaşların iddiasını nəzrə alıb Bəxtiyar Məmmədov və digər şəxslərlə telefon əlaqəsi yaratmaq çəhdimiz baş tutmadı.

Bəs belə vəziyyətdə onları nə gözləyir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, belə hallarla mütəmadi mübarizə aparılır və vətəndaşları aldadan şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunurlar. Vətəndaşlara sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamaq və qeyd edilən şəxslərin vədlərinə inanmamaq tövsiyə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
99
1
Mənbələr
Şərh ()
Bağla