AZ

Bakıda bədii gimnastika üzrə Dünya kuboku keçirilir - FOTOLAR

Bu gün ölkəmizin ev sahibliyi etdiyi bədii gimnastika üzrə ilk beynəlxalq səviyyəli yarışa start verilib. Açılış mərasimi Azərbaycanın Dövlət Himni ilə başlayıb. Daha sonra yarışda iştirak edən ölkələrin bayraqları arenaya gətirilib.

Tədbirdə açılış nitqi üçün söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Nazir tədbirdə iştirak edən hər kəsi salamlayaraq bildirib ki, ölkəmizdə keçirilən gimnastika üzrə beynəlxalq yarışlar ənənəvi xarakter daşıyır. Gimnastlarımızın dünya və Avropa çempionatlarında iştirak etdiyini və uğur əldə etdiyini vurğulayan F.Qayıbov federasiyanın prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib. Sonda yarışda iştirak edən bütün gimnastlara uğurlar arzu edərək çıxışını sonlandırıb.

Qeyd edək ki, aprelin 21-nə kimi davam edəcək bədii gimnastika üzrə Dünya kubokunda 41 ölkəni təmsil edən 116 gimnast mübarizə aparacaq.

Ləman Sərraf

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla