AZ

Polkovnik həlak oldu

Luqansk şəhərində (2014-cü ildən Rusiya Federasiyasının nəzarətindədir – red.) 59-cu Qvardiya Siqnal Briqadasının komandiri, polkovnik Pavel Kropotov Rusiya qərargahına  qanadlı raket hücumu nəticəsində həlak olub.

 

Oxu24.com  xəbər  verir    ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

“Yekaterinburqda onlar Britaniyanın raket atəşi altında Luqanskda həlak olan 28331 saylı hərbi hissənin komandiri, qvardiya polkovniki Pavel Kropotovla vidalaşıblar”, – media yazır.

 

Kropotov Rusiya ordusunun tərkibində təkcə Ukraynada deyil, Suriyada da döyüşüb.

 

Nigar

 

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla