AZ

AYNA bu parkinglərin mühafizəsinə bir aya 21 min manat xərcləyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtdakı iki yeraltı avtomobil dayanacağı üçün mühafizəçilər axtarır.

Avtosfer.az xəbər verir ki, qurum bununla bağlı tender elan edib.

Dayanacaqlardan biri Neftçilər prospektində (Hökumət evinin qarşısında), digəri isə Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında ("Qış parkı"nda) yerləşir.

Hökumət evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacağı kompleksində göstəriləcək mühafizə xidmətləri üzrə tələblər belədir: xidmətlər 2 keşikçi postunda və hər bir postda 3 mühafizəçi olmaqla 7 gün*24 saat iş rejimində göstərilməlidir.

Füzuli və Mirzəağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil dayanacağı kompleksində göstəriləcək mühafizə xidmətləri üzrə tələblər belədir: xidmətlər 4 keşikçi postunda və hər bir postda 3 (üç) mühafizəçi olmaqla 7 gün*24 saat iş rejimində göstərilməlidir.

AYNA qeyd olunan parkinglərin mühazifəsi ilə əlaqədar bir illik müqavilə imzalayacaq. Müqavilənin dəyəri 254 242,80 manat ehtimal olunur. Bu isə bir aya 21 000 manatdan çox vəsait deməkdir. 

Qeyd edək ki, AYNA sözügedən dayanacaqlarda bir müddətdir yeni tariflər müəyyənləşdirib və parking qiymətlərini artırıb. Qurum buna səbəb kimi yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmaların xərcləri tam qarşılamamasını göstərib. Buna görə də həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib. Bununla belə, maraqlıdır ki, AYNA sözügedən xidmət səviyyəsinin artırılması və əlavə xərclərin qarşılanması üçün indiyədək nə qədər vəsait xərclədiyini açıqlamayıb. 2024-cü il olmasına baxmayaraq qurumun sonuncu maliyyə hesabatı 2021-ci ilə aiddir.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla