AZ

"Sarı" xəbərdarlıq: Tufan və leysan

Türkiyənin mərkəzi və qərb bölgələrində gözlənilən güclü yağış və tufanla əlaqədar 45 əyalət üçün "sarı" kod xəbərdarlığı edilib.

News24.az xəbər verir ki, Türkiyə Meteorologiya Ümumi Müdirliyi tərəfindən edilən son proqnozlara görə, bu gecə qərb seqmentlərindən başlayaraq, Cənub və Orta Egey, Qərbi Aralıq dənizi, İç Anadolu ilə Qərb və Orta Qaradənizdə gözlənilən küləyin cənubdan əsəcəyi gözlənilir.

Qeyd edək ki, leysan yağış və fırtınanın gözlənilən Aydın, Balıkəsir, Bursa, Çanaqqala, Ədirnə, İstanbul, İzmir, Kırklareli, Kocaeli, Manisa, Tekirdağ, Yalova, Antalya, Burdur, Dənizli, Isparta, Kütahya, Muğla, güclü külək, Afyonkarahisar, Amasya, Ankara, Bolu, Çankırı, Çorum, Əskişəhər, Kastamonu, Kayseri, Kırşehir, Konya, Nevşehir, Niğde, Ordu, Samsun, Sinop, Sivas, Tokat, Uşak, Yozgat, Zonguldak, Aksaray, Karaman, Kırıkkale, Bartın, Karabük və Düzce üçün "sarı" kodlu xəbərdarlıq edilib.

Günel Məlikzadə

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla