AZ

“Kəpəz” qapıçısını mövsüm bitməmiş yola saldı?

Bir neçə gün əvvəl yayılan xəbərlərə görə mövsümün əvvəlində “Kəpəz”lə anlaşan Vladislav Vasilyuçek Azərbaycanı tərk edib.

Hətta belaruslu qolkiperin Qazaxıstan yüksək liqasında yarışan “Turan”la anlaşdığı deyilir. Bu halda sual yaranır: Gəncə təmsilçisi hələ mövsümün ilk yarısında etibarsız oyunu ilə ehtiyat oyunçular sırasına düşən qapıçını niyə qış fasiləsində yox, mövsüm bitməmiş göndərdi?

Mövzu ilə bağlı klubun “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq:
“Vasilyuçekə qış transfer dönəmindən öncə özünə yeni komanda axtarmaq tapşırılmışdı. Yəni komandanın qış fasiləsində sonra keçirəcəyi oyunlarda məşqçilər korpusunun planlarında ona yer olmadığı bildirilib. Çünki qeyri-sabit çıxış edirdi. Zəif oyununa görə də məşqçilər bu qərara gəldi. Futbolçu bu yaxınlarda təklifin olduğunu bildirərək düşərgəni tərk etdi. Amma bu barədə hələ rəsmi söhbət olmayıb”.


RÖYANƏ OĞUZ
Seçilən
70
Mənbələr
Şərh ()
Bağla