AZ

Sürət həddini aşmaq ona baha başa gəldi

“Lids”in gənc norveçli qapıçısı Kristoffer Klaesson avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, hadisə Norveçin Berger şəhərində baş verib. Kristofferin “BMW M5 CS” markalı avtomobili qoruyucu dirəyə çırpılıb.

Norveç mətbuatı bildirir ki, təcili yardım onu ​​dərhal xəstəxanaya aparıb. Polis idarəsinin istintaq şöbəsinin rəhbəri Byörn Brattenq Klaessonun sürücülük vəsiqəsi ləğv edildiyini söyləyib. Onun sərxoş vəziyyətdə avtomobil idarə edib-etməməsi hələ müəyyən edilməsə də, o, sürət həddini aşmaqda ittiham olunub.

Seçilən
93
4
Mənbələr
Şərh ()
Bağla