AZ

Tural Qurbatova nə olub?

Mövsümün birinci yarısında 2-ci liqa təmsilçisi “Şahdağ Qusar”ın heyətində qolları sıralamaqla bombardirlər siyahısına başçılıq edən Tural Qurbatovda durğunluq müşahidə olunur.

Cari mövsümün birinci yarısında keçirdiyi 14 oyunda 21 qol vuran 21 yaşlı hücumçu ikinci yarıda cəmi 3 dəfə rəqib qapılarına yol tapa bilib. Futbolçunun geriləyən performansı barədə “Şahdağ Qusar”ın meneceri Çingiz Abbasov düşüncələrini bölüşdü:
“Tural mövsümün ikinici yarısı başlayandan 3 qol vurub. Biz Qurbatovun çıxışından razıyıq. Bir neçə oyunda fərqlənib və məhsuldar ötürmələrlə yadda qalıb. Oyunu ilə komandamıza çox kömək edir. Komandamızın əsas, aparıcı futbolçularından biridi, ona güvənirik. Hücumçumuz şəxsi göstəricilərini yox, komandamızın uğurunu üstün tutur və bunun üçün əlindən gələni əsirgəmir”.


Xatırladaq ki, hesabında 24 qolu olan futbolçu bombardirlər siyahısına başçılıq edir.

KAMAL SƏFƏR
Seçilən
134
Mənbələr
Şərh ()
Bağla