AZ

"Ukrayna bu terror aktında iştirak etməiyb!"

G7 ölkələri Ukraynanı “Crocus City Hall”-da baş verən terror aktında iştirak etmədiklərini bəyan ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə G7 xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

ABŞ, İngiltərə, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiyanın nazirləri Ukraynaya qarşı ittihamları “əsassız” adlandırıblar.

Onların bəyanatında terror aktına görə məsuliyyəti İslam Dövlətinin (Rusiyada qadağan olunmuş terror təşkilatı) üzərinə götürdüyü vurğulanır.

G7 Rusiya hakimiyyətini Ukraynaya qarşı ittihamlardan əl çəkməyə çağırdı və vurğuladı ki, G7 “terrorizmlə mübarizədə əzmkardır”.

Bəyanatda vurğulanır ki, bir neçə G7 ölkəsi bu məsələ ilə bağlı Rusiya ilə məlumat mübadiləsini davam etdirir.

Nazlı

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla