AZ

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

Avropa enerji tənzimləyicisi (Acer) Avropa İttifaqı səlahiyyətlilərinə xəbərdarlıq edib ki, alyans ölkələri enerji şokundan qaçmaq üçün Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməlidirlər.

Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

"Aİ-nin enerji tənzimləyicisi xəbərdarlıq edib ki, blok enerji şokundan qaçmaq üçün hələ də Rusiyadan mayeləşdirilmiş təbii qaz idxal etməlidir", deyə nəşr bildirib.

Qəzetin yazdığına görə, Avropa tənzimləyicisinin hesabatında deyilir ki, Aİ enerji təhlükəsizliyi ilə qaz alışını azaltmaqla Rusiyanın maliyyəsinə zərbə vurmaq istəyi arasında tarazlıq tapmaqda çətinlik çəkir. Acer vurğulayıb ki, Rusiya LNG-nin Avropaya idxalını məhdudlaşdırmaq səylərinə ehtiyatla yanaşmaq lazımdır.

"Financial Times"ın məlumatına görə, Rusiya hazırda blokun ABŞ-dan sonra ikinci ən böyük LNG tədarükçüsüdür və keçən il ümumi Avropa idxalının 16%-ni təşkil edir.

Paşa Məmmədli

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla