AZ

Belçika Azarsız, Şotlandiya Ferqyusonsuz qaldı

Belçika yığması Avropa çempionatı ərəfəsində ciddi itki ilə üzləşib.

“Football-plus.az” xəbər verir ki, “Yunion”la matçda (2:1) “Anderlext”in aparıcı futbolçusu Torqan Azarın sağ dizinin çarpaz bağları qırılıb. 31 yaşlı yarımmüdafiəçi təxminən 8 ay yaşıl meydanlardan uzaq qalacaq. Beləliklə, o, Belçika millisinə AÇ-2024-ün final mərhələsində kömək edə bilməyəcək. Torqan “Anderlext”ə 2023-cü ilin sentyabrında Dortmund “Borussiya”sından keçib. O, bu mövsüm 25 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.

Şotlandiya yığması da qitə çempionatı ərəfəsində ciddi itki ilə üzləşib. “Montsa” ilə matçda (0:0) “Bolonya”nın aparıcı futbolçusu Lüis Ferqyusonun dizinin ön bağları qırılıb. 24 yaşlı yarımmüdafiəçi təxminən 9 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun Şotlandiya yığmasına qitə çempionatının final mərhələsində kömək edə bilməyəcəyi deməkdi. Lüis “Bolonya”ya 2022-ci ilin yayında “Aberdin”dən transfer olunub. O, bu mövsüm A seriyasında 31 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla