AZ

Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”

İsrailin Baş naziri Benyamin Netanyahu ilə Almaniyanın xarici işlər naziri Annalena Berbok arasında mübahisə yaranıb.

“OXU24.COM ” “Times of İsrael”ə istinadən xəbər verir ki, dünən Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı söhbət zamanı Berbok İsraili anklavda kəskin aclığa səbəb olması ilə ittiham edib.

Bunun ardınca Netanyahu Qəzzadakı vəziyyətin Qərbin düşündüyü qədər də acınacaqlı olmadığını sübut etmək üçün, ərazaqla dolu olan mağazaların fotolarını göstərməyə başlayıb.

Berbok isə ona belə cavab verib:

“Telefonumda Qəzzadan olan ac uşaqların da şəkilləri var. Sizə onları da göstərə bilərəm”.

Məlumata görə, Berbok İsrailə anklavda normala dönən həyatın fotolarını yaymağı dayandırmağı tövsiyə edib. Bildirib ki, həmin görüntülər reallığı əks etdirmir.

Bundan hiddətlənən Netanyahu səsini yüksəldib və alman nazirə onların nasistlərə bənzəmədiyini deyib:

“Bu reallıqdır. Biz uydurulmuş reallığın saxta şəkillərini yaradan nasistlərə bənzəmirik”.

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla