AZ

Seçkilər gürcü kabusundan qurtulmaq üçün həlledici olacaq - Zurabişvili

“Qarşıdan gələn parlament seçkiləri] gürcü kabusundan qurtulmaq üçün həlledici olacaq”.

News24.az xəbər verir ki, bunu prezident Salome Zurabişvili France Info-ya müsahibəsində bildirib.

Bu, artıq prezidentin son iki gündə qərb mətbuatına verdiyi altıncı müsahibədir və o, Gürcüstanda gedən proseslərdən danışır. Zurabişvili bildirib ki, Gürcüstan hakimiyyətinin məqsədi ölkə üçün kursu dəyişməkdir.

"Biz Avropanın qapısındayıq və bu zaman Rusiyadan təzyiqlər artır, bu təəccüblü deyil.Qeyri-hökumət təşkilatlarının, medianın və beynəlxalq təşkilatların dəstəyinə və maliyyələşməsinə qarşı Putin qanununun surəti olan qanun vasitəsilə təzyiqlər gücləndirilir. Bu, Rusiyanın strategiyasıdır. Bu, Gürcüstanın kursunu dəyişmək üçün Avropa İttifaqı ilə şahmat oyunudur. Əhali möhkəm dayanıb. Bunu hökumətin geri çəkəcəyinə əmin deyiləm. Amma bu hökumət bu ilin oktyabrında keçiriləcək seçkilərlə geri çəkiləcək. Biz təslim olmayacağıq və qarşıdan gələn seçkilər göstərəcək ki, Gürcüstan öz Avropa yolunda, Avropa düşərgəsindədir. Bu gün hakimiyyətdən, Gürcüstan hökumətindən silah kimi istifadə edən Moskvanın bütün cəhdlərinə baxmayaraq, seçkilər “Oçneba”dan yox, gürcü kabusundan qurtulmaq üçün həlledici olacaq, çünki Avropaya, azadlıq və müstəqilliyin möhkəmlənməsinə aparmayan hər şey Gürcüstan üçün kabusdur”, - Zurabişvili deyib.


Seçilən
86
Mənbələr
Şərh ()
Bağla