Türkiyə Superliqasında 33-cü tura start verilib.
İdman.biz verir ki, turun açılış matçında “Beşiktaş” qələbə qazanıb.
“Qara qartallar” 5 turdan sonra qalib gəliblər. Baş məşqçi Fernando Santosla yollarını ayıran “Beşiktaş” “Ankaragücü” ilə görüşə Serdar Topraktəpənin rəhbərliyi altında çıxıb. Hər hissədə 1 qol vuran İstanbul klubu xalını 51-ə yüksəldib. Komanda turnir cədvəlində 4-cüdür.
Türkiyə Superliqası
33-cü tur
“Beşiktaş” – “Ankaragücü” – 2:0
İdman.biz