AZ

Alman deputat Belarusdakı biznesini parlamentdən gizlədib

Almaniya üçün Alternativ (AfD) partiyasının deputatı Yorq Dornau Belarusda biznesini gizlətdiyinə görə cərimələnəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilib ki, Dornau 2020-ci ildən Belarusda kənd təsərrüfatı biznesinin sahibi kimi qeydiyyatdan keçib.

Onun şirkəti Respublikanın Vahid Dövlət Reyestrində "Tsybulka Bel" MMC adı ilə qeydiyyatdan keçib.

Dornau şirkətinin Grodno vilayətinin Lida rayonunda bir neçə yüz hektar sahəsi var və orada tərəvəz, bostan və kök bitkiləri yetişdirir.

Almaniya qanunlarına görə, deputatlara belə bizneslə məşğul olmaq qadağan edilmir, lakin Dornau bəyannamədə öz müəssisəsini göstərməyib.

"Dornau parlamentə Belarusda hər hansı biznes fəaliyyəti ilə bağlı heç bir məlumat verməyib", - məlumatda deyilir.

Qeyd olunur ki, Dornaudan vəziyyətə aydınlıq gətirmək istənilib. Qaydaların pozulması sübut olunarsa, Dornau 40 min avroya qədər cərimələnə bilər.

Turan İSMAYIL

Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla