AZ

“Netflix” hesabından saxta xəbərə maraqlı cavab

“Netflix” platformasının Türkiyə üzrə açılmış “X” hesabından maraqlı paylaşım edilib.

OLAY yazır ki, sözügedən səhifədə “Kuş uçuşu” serialının 4-cü sezonunun olacağı ilə bağlı saxta xəbərə cavab verilib.

“Bəs bundan şeyin xəbəri varmı? Məsələn mənim”, - deyə, həmin paylaşımda yazılıb.

Qeyd edək ki, “Kuş uçuşu” serialının 3-cü sezonu final sezonu başlığı ilə təqdim olunub.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla