AZ

Fransa və Qərb Ermənistanı meydanda TƏK QOYDU: “Azərbaycanla müharibə olacağı təqdirdə ölkəni qorumayacaqlar”

“Fransa rəhbərliyi əmin edib ki, Azərbaycanla müharibə olacağı təqdirdə Ermənistanı qoruya bilməyəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan videomüraciətində bildirib.

“Mən Fransa rəhbərliyi ilə danışdım və soruşdum ki, sabah və ya haçansa, Azərbaycanla müharibə olacaqmı. Əgər bu baş versə Qərb öz qoşunlarını göndərəcəkmi? Cavab isə “yox” idi. 

Onlar etiraf etdilər ki, bu gün Qərb Ermənistanı qorumaq iqtidarında deyil”, - deyə Papazyan qeyd edib.

Bizim.Media
 

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla